Azərbaycan millisinin kapitanının zədəsinə aydınlıq gəlib

14:19 - 26 Mart 2022 - İDMAN

Malta yığması ilə yoldaşlıq görüşünü yarımçıq tərk etməli olan Azərbaycan millisinin kapitanı Maksim Medvedevin durumuna aydınlıq gəlib.

Bu barədə  AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla məlumat verib. Onun sözlərinə görə, 33 yaşlı müdafiəçi burun nayihəsindən zədə alıb. Lakin sınıq və çat yoxdur.

F.Abdulla bildirib ki, Medvedevin Latviyaya qarşı martın 29-da keçiriləcək növbəti yoldaşlıq görüşündə meydana çıxıb-çıxmayacağı ilə bağlı qərar matç ərəfəsində veriləcək.

Qeyd edək ki, Maksim Medvedev Malta ilə oyunda zədələndiyi üçün 76-cı dəqiqədə yerini Renat Dadaşova verib. Ta Qali Milli Stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Xəbər xətti