“Bavariya” 13 yaşlı futbolçunu fantastik qiymətə transfer edir - Foto

10:07 - 25 Mart 2022 - İDMAN

Almaniyanın “Bavariya” futbol klubu transfer bazarında “bomba” partlatmağa hazırlaşır. Məlumata görə, Münhen klubu 13 yaşlı Mayk Uizdomla 300 min avroluq müqavilə imzalamaq niyyətindədir.

M.Uizdom Borussiyanın “Mönhenqladbax” komandasının yetirməsidir.

Qeyd edək ki, baş tutacağı halda bu razılaşma bu yaşda futbolçular arasında ən bahalı təkliflərdən biri ola bilər. Məsələn, İspaniyanın “Barselona” klubu argentinalı hücumçusu Lionel Messi 13 yaşında olarkən ona illik 120 min avro ödənişli müqavilə təklif etmiş və 2001-ci ilin martında razılaşma (ildə 100 milyon peset) imzalanmışdı.///oxu.az


Xəbər xətti