Rusiya və Belarus üzgüçülük çempionatından xaric edildi

20:32 - 23 Mart 2022 - İDMAN

Beynəlxalq Üzgüçülük Federasiyası Rusiya və Belarusla bağlı qərarına dəyişiklik edib.

Hər 2 ölkənin idmançılarının iyunda Budapeştdə keçiriləcək beynəlxalq çempionatda iştirakı qadağan edilib.

Bir müddət əvvəl Federasiya hər 2 ölkənin idmançılarının çempionatda (18 iyun – 3 iyul) neytral statusda iştirak edə biləcəyini elan etmişdi. Bu gün isə qərar dəyişilib.///apa

 

Xəbər xətti