"Neftçi" və "Qəbələ" komandaları arasında Premyer Liqanın XX tur matçında insident baş verib.
Buna meydan sahiblərininnb kapitanı Emin Mahmudovun zədələnməsinə baxmayaraq qonaqların topu meydandan çıxarmaması səbəb olub.
"Ağ-qaralar"ın müdafiəçisi Voislav Stankoviç əyalət təmsilçisinin oyunçularına sərt şəkildə etirazını bildirib. Serbiyalı müdafiəçi xüsusilə İsnik Alimiyə iradını çatdırıb.
Lakin görüşün baş hakimi Elçin Məsiyev mübahisənin böyüməsinə imkan verməyib. FIFA referisi Stankoviçə sarı vərəqə göstərib.
Qeyd edək ki, hazırda matçda ikinci hissə oynanılır və "Neftçi" hesabda öndədir - 2:0.