CAS Rusiya ilə bağlı FİFA-nın qərarını qüvvədə saxlayıb

18:01 - 18 Mart 2022 - İDMAN

İdman Arbitraj Məhkəməsi (CAS) Rusiya milli komandalarının bütün yarışlardan kənarlaşdırılması ilə bağlı müraciətinə baxıb.

Apapsort.az saytının məlumatına görə, İsveçrənin Lozanna şəhərindəki qurum FİFA-nın qərarını qüvvədə saxlayıb.

CAS Rusiya Futbol İttifaqının araşdırmaları müddətində cəzanın dayandırılması ilə bağlı xahişini qəbul edilməyib. Yaxın müddətdə qurum DÇ-2022-nin pley-off mərhələsinin Rusiya – Slovakiya matçının başqa vaxta keçirilməsi ilə bağlı məsələyə də baxacaq.

Qeyd edək ki, bir müddət əvvəl UEFA-nın Rusiya komandalarına verdiyi analoji cəza ilə bağlı müraciət də eyni nəticələnmişdi.

Xəbər xətti