FIDE Rusiya və Belarus şahmatçılarına sanksiya tətbiq edib

15:10 - 16 Mart 2022 - İDMAN

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Şurası Rusiya və Belarus yığmalarına qurumun himayəsi altında keçirilən şahmat turnirlərində iştirakını qadağan edib.

Bu barədə FİDE-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Rusiya və Belarus qrossmeysterləri qurumun fərdi turnirlərində neytral statusda - milli simvollar olmadan iştirak edə bilərlər.

Qeyd edək ki, FIFA da daxil olmaqla əksər idman təşkilatları Ukraynadakı hərbi gərginliklə əlaqədar Rusiya və Belarus komandalarına sanksiyalar tətbiq edib.

Xəbər xətti