Rusiya komandalarına qoyulan qadağa qüvvədə saxlanıldı

20:07 - 15 Mart 2022 - İDMAN

İdman Arbitraj Məhkəməsi (CAS) UEFA-nın Rusiya komandalarına qoyduğu qadağanı qüvvədə saxlayıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, sözügedən ölkəni təmsil edən yığmalar və klublar Avropa futbol qurumunun bayrağı altında keçirilən turnirlərdə iştirak edə bilməyəcəklər.

Bildirilib ki, bu, ilkin qərardır və tam dinləmə yaxın həftələrdə keçiriləcək.

Qeyd edək ki, UEFA ilə yanaşı, FIFA da Rusiya yığmalarını və klublarını öz bayrağı altında keçirilən beynəlxalq turnirlərdən kənarlaşdırıb.

Xəbər xətti