Güləşçimiz erməniyə qalib gələrək Avropa çempionu olub

20:55 - 12 Mart 2022 - İDMAN

Azərbaycanın sərbəst güləşçisi Zirəddin Bayramov Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb. "Report"un məlumatına görə, 65 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Ermənistan təmsilçisi Qraçya Marqaryanla üz-üzə gəlib. Rəqibinə 4:1 hesabı ilə qalib gələn Bayramov Avropa çempionatının qalibi olub. 57 kq-dakı Tofiq Əliyev bolqar İvaylo Tisovu məğlub edərək bürünc medala sahib çıxıb. Qeyd edək ki, bu gün həmçinin İslam İlyasov (97 kq) qızıl, Əşrəf Aşırov (79 kq) bürünc medal uğrunda görüşə çıxacaq.

Xəbər xətti