Azərbaycanın daha bir qadın taekvondoçusu İranda medal qazanıb

23:20 - 11 Mart 2022 - İDMAN

İranda davam edən Asiya regionu üzrə G-2 kateqoriyalı beynəlxalq President Cup turnirində Azərbaycanın daha bir qadın taekvondoçusu medal qazanıb.

"Report"un məlumatına görə, qadınlardan ibarət milli komandanın kapitanı, 67 kq çəki dərəcəsində mübarizə aparan Fəridə Əzizova, gümüş medala sahib olub.

Qeyd edək ki, qadınlar arasında yarışın ilk günündə Patimat Abakarova (53 kq) bürünc medala yiyələnib.

Xəbər xətti