Azərbaycanın daha iki qadın güləşçisi Bolqarıstanın Plovdiv şəhərində U-23 Avropa çempionatında yarımfinala yüksəlib.
53 kq çəki dərəcəsində mübarizə aparan Gültəkin Şirinova 1/4 finalda fransalı Çadya Ayaçiyə qalib gəlib. Şirinova yarımfinalda almaniyalı Anastasiya Blayvasla üz-üzə gələcək.
62 kq-dakı Jalə Əliyeva eyni raundda onun həmyerlisi Amelin Duarreni məğlubiyyətə uğradıb. Əliyeva finala gedən yolda polşalı Paulina Malqorzata Danişlə görüşəcək.
65 kq-dakı Birgül Soltanova estoniyalı Viktoriya Vessoya yenilib.
Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.///report