İngiltərə Premyer Liqasının oyunları Rusiyada göstərməyəcək

07:35 - 9 Mart 2022 - İDMAN

İngiltərə Premyer Liqası Rusiyadakı oyunlarının yayımını qadağan edib və Ukrayna xalqına dəstək üçün pul bağışlayıb. “Report” xəbər verir ki, bu barədə Premyer Liqanın açıqlamasında deyilir. Qeyd olunub ki, İngiltərə Premyer Liqası və onun klubları yekdilliklə Rusiyadakı yayım tərəfdaşı Rambler - Okko Sport ilə əməkdaşlığı dayandırmaq qərarına gəliblər. Qərar dərhal qüvvəyə minir. Liqa həmçinin Ukrayna xalqına dəstək üçün 1 milyon funt sterlinq ianə etməyi qərara alıb. “Bu aksiya Premyer Liqa klublarının ötən həftəsonu oyunlarında Ukraynaya verdiyi dəstəyin davamı idi. Liqa Rusiyanın Ukraynaya hərbi təcavüzünü qətiyyətlə pisləyir. Biz sülhə çağırırıq və zərər çəkənlərin hamısına mənəvi dəstək veririk”, - Premyer Liqanın bəyanatında deyilir.

Xəbər xətti