8 legioner Rusiya klubundan ayrıldı

08:42 - 4 Mart 2022 - İDMAN

Rusiyanın "Krasnodar" klubunun 8 legioneri komandadan ayrılıb.

Bu barədə klubu rəsmi saytı məlumat yayıb.
Vanderson Masiel, Kayo, Erik Butheym, Kristian Ramires, Junior Alonso, Con Kordoba, Viktor Klasson və Remi Kabella "Krasnodar"la müqaviləni ləğv edib.

Rusiya mətbuatı legioner futbolçuların ötən gün komanda ilə məşqə çıxmadıqlarını yazıb.

Xatırladaq ki, UEFA Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə növbəti qərar açıqlanana qədər bu ölkənin klublarının bütün beynəlxalq yarışlardan kənarlaşdırıb. Buna görə də artıq əcnəbi futbolçular Rusiya klublarını tərk edir.

Xəbər xətti