Avropa Superliqasının formatı DƏYİŞDİRİLDİ

21:24 - 3 Mart 2022 - İDMAN

“Yuventus”un prezidenti Andrea Anyelli bu gün Avropa Superliqasının yeni layihəsini təqdim edəcək.

O, idman-iqtisadi konqresdə çıxış edərək turnirin yeni layihəsi haqda danışacaq.
İlkin planda əhəmiyyətli dəyişikliklər edilib. Ötən ilin yayında “Yuventus”, “Real” və “Barselona” Superliqa ətrafında formalaşmış mənfi imicini dəyişmək üçün “Flint” və A22 agentliklərinə müraciət etmişdilər. Qərara alınıb ki, əsas problem ilkin olaraq yaradıcılar tərəfindən təklif olunan turnirin qapalı formatda keçirilməsidir.

Yeni layihəyə əsasən, Superliqada ümumilikdə 20 komanda olmaqla iki divizion təşkil ediləcək. Bununla klublar aşağı diviziona yuvarlana və yüksək liqaya qalxa biləcəklər.

Qeyd edək ki, Avropa Superliqasının yaradıcıları əvvəlcə turnirdə 12 komandanın iştirak edəcəyini, iştirakçıların tərkibinin dəyişməyəcəyini açıqlamışdı. Lakin ictimaiyyətin geniş etirazına görə 9 klub layihədə iştirakdan imtina edib. Yalnız “Barselona”, “Real” və “Yuventus” layihə üzərində işləməkdə davam edir.///apasport

Xəbər xətti