Martın 2-də səhər saatlarında Ukraynanın Xarkov şəhərində Rusiya qüvvələri tərəfindən vilayət üzrə Milli Polis Baş İdarəsinin binasına zərbə endirilib.
Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin rəsmisi Anton Geraşenko məlumat verib.
Onun sözlərinə görə, həmçinin Daxili İşlər Departamentinin qarşı tərəfində yerləşən Karazin Milli Universitetinin sosiologiya fakültəsinin binası da atəşə məruz qalıb.
Hadisədən sonra binada yanğın başlayıb.///oxu.az