Rusiya klublarının bütün beynəlxalq yarışlarda iştirakı dayandırıldı

22:14 - 28 Fevral 2022 - İDMAN

Beynəlxalq Futbol Federasiyası (FIFA) və Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Rusiya komanda və klublarının bütün beynəlxalq yarışlarda iştirakını dayandırıb.

Qərarın Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlarla bağlı verildiyi bildirilib.

Qeyd edək ki, martın 24-də Rusiyanın kişilərdən ibarət komandası 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının finalına çıxmaq üçün pley-off turnirinin yarımfinalında Polşa komandası ilə Moskvada oynamalı idi. 

Rusiyanın qadınlardan ibarət komandası isə iyulun 6-dan 31-dək İngiltərədə keçiriləcək Avropa çempionatında iştirak etməli idi.

Həmçinin, UEFA “Spartak”ın (Moskva) Avropa Liqasında çıxışını qadağan edib. Komanda Avropa Liqasının 1/8 finalında Almaniyanın “Leyptsiq” klubu ilə qarşılaşmalı idi.///oxu.az

Xəbər xətti