"Qarabağ"ın qapıçısı Emil Balayev karyerasını Qazaxıstanın "Turan" klubunda davam etdirə bilər.
Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Keşlə" ilə qolsuz heç-heçə etdikləri Premyer Liqanın XVII tur matçından sonra deyib.
50 yaşlı mütəxəssis bildirib ki, belə bir ehtimal var: "Sabah günorta saatlarında bilinəcək".///report