COVID-ə yoluxan abituriyentlər aprel ayında imtahan verəcək

15:30 - 25 Fevral 2022 - Xəbər

“Buraxılış imtahanları bir ay ərzində 4 dəfə aparılacaq. COVID xəstəsi olanlar imtahana buraxılmayacaq”.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, həmin şəxslərə aprelin 2-3-ü tarixlərində imtahan vermələrinə şərait yaradılacaq:

“Abituriyentlərin rəsmi olaraq COVID xəstəsi olması sistem üzərindən yoxlanılacaq. Amma kimlərsə PZR test verməyib “xəstə olub, evdə qalması” məsələsinə baxılmayacaq”.

M.Abbaszadə qeyd edib ki, attestat almaq istəyənlər şəxslər imtahanda iştirak etmədən də ala bilərlər.

“Yalnız imtahana aid olan xanalar “0” yazılır. Onlar belə sənədlə bizdə ali məktəbə imtahan verə bilmirlər. Amma işə düzələ və xaricdə oxuya bilərlər”.

Xəbər xətti