Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

21:56 - 24 Fevral 2022 - Xəbər

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi. Oxu.Az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski sosial media hesabında yazıb. “Azərbaycan vətəndaşlarından çoxlu telefon zəngləri və Ukraynaya dəstək mesajları aldıq. İkinci Qarabağ müharibəsi zamanı Ukrayna Azərbaycanı necə dəstəklədiyi yada düşür. Ölkəmiz üçün belə çətin bir zamanda Ukrayna ilə həmrəylik nümayiş etdirən hər bir azərbaycanlıya təşəkkür edirik!”, - deyə o qeyd edib.

Xəbər xətti