AZAL-ın iki vitse-prezidenti vəzifəsindən azad edildi

17:43 - 24 Fevral 2022 - Xəbər

“Azərbaycan Hava Yolları” QSC-nin iki vitse-prezidenti vəzifəsindən azad edilib.|

“Report”un əldə etdiyi məlumata görə, bu barədə Azərbaycan Prezidenti sərəncam imzalayıb.

Məlumata görə, Andropova Lyubov Pavlovna (iqtisadiyyat və maliyyə məsələləri üzrə) və Etibar Xudaverdi oğlu Hüseynov vitse-prezident vəzifələrindən azad edilib.

Hal-hazırda “Azərbaycan Hava Yolları”nın 5 vitse-prezidenti var.

Xəbər xətti