Azərbaycan Triatlon Federasiyasında iki vitse-prezident təyinatı olub.
Əli Bünyadov və Rüfət Həsənov federasiyanın vitse-prezidentləri təyin ediliblər.
Qeyd edək ki, hər iki vitse-prezident sabah Triatlon Federasiyasının keçirəcəyi tədbirdə təqdim olunacaq.
Xatırladaq ki, dekabrın 21-də Elçin Əliyev Triatlon Federasiyasına prezident seçilib. Həmin Hesabat-Seçki Konfransının gedişatında 2017-ci ildə Bakıda təsis edilmiş “Triterra” triatlon klubunun rəhbəri Rüfət Həsənov qurumun İdarə Heyətinin sədri, triatlonçu Əli Bünyadov isə İdarə Heyətinə üzv seçilmişdi. Hər iki şəxs müvafiq olaraq 2017 və 2019-cu ildə “Dəmir Adam” (“Ironman”) adına layiq görülüb.///oxu.az