2700-ə yaxın qaziyə əlillik təyin olunub

16:50 - 23 Fevral 2022 - Cəmiyyət

“Artıq 2697 qaziyə əlilllik dərəcəsi təyin olunub”.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əlillik məsələləri üzrə nəzarət şöbəsinin koordinatoru Şöhrət Soyziyev "Tibbi sığorta saatı"nda deyib. O bildirib ki, onlar Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən reabilitasiya mərkəzinə yönləndirilməklə reabilitasiya xidməti ala bilərlər:

“Bundan başqa, qazilər İTSDA-nın Tibbi reabilitasiya xəstəxanası və Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda da reabilitasiyaya cəlb oluna bilərlər” - o deyib.///apa

 

Xəbər xətti