AZTV-də iclas keçirildi - Tofiq Abbasla Pənah Hüseyn davasına görə

11:13 - 23 Fevral 2022 - Xəbər

Xəbər veridyimiz kimi, dünən Rauf Arifoğlunun aparıcılığı ilə yayımlanan “Dərin Təhlil” verilişində Pənah Hüseynlə  AzTV-nin İctimai-siyasi proqramlar redaksiyasının baş redaktoru Tofiq Abbasov arasında dava düşüb. Tofiq Abbas Pənah Hüseynə hücum edərək ona zərbələr endirməyə başlayıb.

Verilişdən sonra hadisədən xəbər tutan  "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov dərhal Tofiq Abbasova zəng edərək belə halın yolverilməz olduğunu bildirdiyi və  sərt reaksiya verdiyi iddia edilir.

Bu gün səhər saatlarında isə rəhbərliyin iştirakı ilə AZTV-də təcili iclas keçirilib.///32gun.az

Xəbər xətti