Ramiz Tatarovun cəzası azaldıldı

10:50 - 23 Fevral 2022 - Cəmiyyət

Ağstafa rayonunun həbsdə vəfat edən sabiq icra başçısı Nizaməddin Quliyevlə birgə həbs olunmuş müavini Ramiz Tatarovun apellyasiya şikayətinə baxılıb.

Ucnoqta.az xəbər verir ki, APA-nın əldə etdiyi xəbərə görə, Gəncə Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Ramiz Tatarova Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi üzrə bəraət verilib. Bundan başqa, onun əmlaklarının bir qisminin üzərində olan həbs götürülüb.

Yekun olaraq Ramiz Tatarovun cəzası 3 ay azaldılıb. Onun üzərində qəti olaraq 8 il 3 ay cəza saxlanılıb.

Qeyd edək ki, Ramiz Tatarov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay azadlıqdan məhrum edilmişdi.

 

Xəbər xətti