Sumqayıtda bir ailənin öldüyü qəzanın görüntüləri - ANBAAN VİDEO

11:21 - 18 Fevral 2022 - HADİSƏ

Sumqayıtda bir ailənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin anbaan görüntüləri yayılıb. 

Hadisə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirərək, əvvəlcə yol kənarında dəmir maneəyə çırpılıb, daha sonra körpüdən aşıb.

Qəza nəticəsində sürücü S.Əhmədov və sərnişinləri – həyat yoldaşı 1999-cu il təvəllüdlü Ələkbərova Fidan Mövsüm qızı və övladı 2021-ci il təvəllüdlü Əliyev Həmzə Seymur oğlu ölüblər.

Həmin görüntüləri təqdim edirik:
 

Xəbər xətti