Bakıda məktəblilər arasında kütləvi dava baş verib.
Ucnoqta.az xəbər verir ki, hadisə Xətai rayonunda yerləşən 116 saylı məktəbin yaxınlığında baş verib.
Davada iştirak edən yeniyetmələrin də həmin məktəbin şagirdləri olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, məsələ araşdırılır: “Yayılan görüntülərdən məlumatlıyıq. Hazırda araşdırma aparılır. Nəticə barədə məlumat veriləcək”.