Şəmkirdə baş verən dəhşətli qətllə bağlı bəzi təfərrüatlar məlum olub.
APA-nın hadisə yerində olan müxbiri qətli törədən Elməddin Həsənovun əmisi Həsənov Tofiqlə söhbət edib.
T. Həsənov bildirib ki, qardaşı oğlunun başında ağrılar vardı, əsəb xəstəsi idi, sabah həkimə gedəcəkmiş: “Sabah həkimə getməliydi, bu gün belə oldu”.
Hadisə yerindəki qonşular isə əməkdaşımıza söyləyib ki, Elməddin Həsənov kənardan normal şəxs kimi görünürdü, bazarda alver edirdi.