Bakı-Şamaxı yolunun 22-ci kilometrliyində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin yerli qurumunun əməkdaşları tərəfindən araşdırılıb və fakt təsdiqini tapıb.
Regional Ekologiya İdarəsinin rəisi Fərid Piriyev Ucnoqta.az-a bildirib ki, sözügedən əraziyə keçirilən baxış zamanı 3 şam ağacının kəsildiyi və təbiətə 600 manat məbləğində ziyan dəydiyi müəyyən edilib:
“Ağacların kim tərəfindən kəsildiyini müəyyən etmək üçün hazırda Abşeron rayon Polis İdarəsi ilə birgə araşdırma aparılır”.
F.Piriyevin sözlərinə görə, kəsilmiş ağacların yerinə yeni ağaclar əkilib.
Tarix
27 Yanvar 2022 [12:58]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin