Bərdədə arvadını boğaraq öldürən şəxsə hökm oxundu

Bərdədə arvadını boğaraq öldürməkdə təqsirləndirilən Aqil Mustafayevə hökm oxunub və o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə hökm Gəncə Ağır Cinayətlər Məhkəməsində elan olunub.

Qeyd edək ki, hadisə 2021-ci ilin iyul ayının 25-də Bərdə rayonunda baş verib.

Belə ki, 1983-cü il təvəllüdlü Aqil Mustafayev qısqanclıq zəminində həyat yoldaşı Nərgiz Mustafayevanı əlləri ilə boğaraq qətlə yetirib.

A.Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.///report

Tarix
27 Yanvar 2022 [10:44]
Müəllif
Üç nöqtə
2022-01-27 10:44:55
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin