Rusiyada yoluxma sayı yenidən artıb

15:43 - 23 Yanvar 2022 - DÜNYA

Rusiyada pandemiyanın başlanğıcından bəri ilk dəfə olaraq həftə ərzində 300 mindən çox koronavirusa yoluxma halı aşkarlanıb.

Yanvarın 17-dən 23-dək olan müddətdə 304 657 yoluxma hadisəsi qeydə alınıb ki, bu da əvvəlki yeddi günlə müqayisədə iki dəfə çoxdur.
Eyni zamanda, yeni ştamma görə ölüm halları azalmaqda davam edir. Ölkədə koronavirus səbəbindən 2021-ci ilin yayından bəri ilk dəfə olaraq həftədə 5 mindən az ölüm baş verib. Rusiya Operativ Qərargahının məlumatına görə, son 7 gün ərzində ölkədə 4792 nəfər COVID-in qurbanı olub ki, bu da öncəki həftə ilə müqayisədə təxminən 7% azdır.

Həmçinin, ötən ilin noyabr ayının sonundan bəri ilk dəfə bir həftə ərzində sağalanların sayı yeni yoluxma hallarının sayından az olub. Belə ki, yanvarın 17-dən 23-dək Rusiyada 165 007 nəfər koronavirusdan sağalıb.

Xəbər xətti