Oğurlanan 2 yaşlı uşaq tapıldı, iki nəfər saxlanılıb - FOTO/VİDEO

19:32 - 8 Yanvar 2022 - Xəbər

Bakıda 10 gün əvvəl oğurlanan 2 yaşlı uşaq polis əməkdaşları tərəfindən tapılıb.

DİN Mətbuat Xidmətinin inspektoru, polis mayoru Anar Qafarovun Ucnoqta.az-a verdiyi məlumata görə, Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməldaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində 2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyev tapılıb.

Onu oğurlamaqda şübhəli bilinən Gültəkin Muradova və Şamil Əliyev saxlanılıblar. Araşdırmalar davam etdirilir.

Xəbər xətti