Türkiyə yeni raketinin sınağını həyata keçirdi - VİDEO

22:15 - 26 Dekabr 2021 - DÜNYA

Türkiyədə uzaqmənzilli və yüksəklikdəki hədəfi məhv edən hava hücumundan müdafiə sistemi olan HİSAR O+ sınaqdan keçirilib. 

Ucnoqta.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Müdafiə Sənayesi naziri İsmail Demir məlumat verib. "Milli hava hücumundan müdafiə raket sistemimiz "HİSAR O+" silahlanmaya daxil edilmədən öncə son qəbul atışında yüksək hündürlükdə yüksək sürətli hədəfi məhv etdi. "HİSAR O+" artıq bütün elementləri ilə tam gücü ilə işləyir. Şanlı ordumuza xeyirli olsun", - deyə nazir qeyd edib.

Xəbər xətti