Azərbaycanda "omikron" ştammı aşkarlanıb? - AÇIQLAMA

10:40 - 29 Noyabr 2021 - Cəmiyyət

Azərbaycanda COVİD-19-un yeni "omikron" ştammı aşkarlanmayıb.

Milli Hematologiya və Transfuziologiya Mərkəzindən Ucnoqta.az-a verilən məlumata görə, mərkəzin genetika mütəxəssisi Ağa Rza Ağayev bildirib ki, bütün mutasiyalar və əlaqəli ştamlar üzrə yoxlamalara başlanılıb:

"Ölkəyə xaricdən daxil olan, həmçinin ölkə ərazisində "cluster" tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir. Müvafiq yoxlamalarda hələ yeni ştamm aşkarlanmayıb", - mütəxəssis əlavə edib.

Xəbər xətti