Qadınlardan ibarət millimizin baş məşqçisi Aslan Ağayev vəzifəsindən ayrılıb.
Təcrübəli mütəxəssis bundan sonra Astara Olimpiya İdman Kompleksinin direktoru kimi fəaliyyətini davam etdirəcək.
O, 2005-16-cı illərdə sərbəst güləş üzrə yığmamızda məşqçi kimi işləyib. Ağayev 2017-ci ildən isə qadınlardan ibarət komandanın baş məşqçisi vəzifəsində çalışıb.