İspaniyalı sabiq futbolçunu elektrik cərəyanı vuraraq öldürüb

14:15 - 24 Oktyabr 2021 - İDMAN

İspaniyalı keçmiş futbolçu Santyaqo Otero vəfat edib.

"Report"un "Galicia" nəşrinə istinadən məlumatına görə, 38 yaşlı idmançı evindəki vannada ölü tapılıb.

O, elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib. Oteronu mobil telefonun batareyasını doldurarkən cihaq suya düşüb və bu zaman onu elektrik cərəyanı vurub.

Qeyd edək ki, Santyaqo Otero "Real Ovyedo"nun gənclər komandasında və bir neçə yerli klubda çıxış edib.

 


Xəbər xətti