Dünya çempionatının mükafatçısı güllələnərək öldürülüb

13:17 - 23 Oktyabr 2021 - İDMAN

Ekvadorlu atlet Aleks Kinonyes qətlə yetirilib.

"Report" "El Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı idmançı Quayakil şəhərində dostu ilə birlikdə naməlum şəxslərin silahlı hücumuna məruz qalıb.

Quayas əyalətinin idman federasiyasının prezidenti Roberto İbanyes məlumatı təsdiqləyib.

Qeyd edək ki, Kinonyes 2019-cu ildə Qətərin paytaxtı Dohada keçirilmiş dünya çempoionatında 200 metr məsafəyə qaçışda bürünc medal qazanıb. O, həmin il Panamerika Oyunlarının qalibi olub. İdmançı Tokio-2020 Yay Olimpiya Oyunlarında da iştirak etməli idi. Lakin planlaşdırılmış dopinq yoxlamasına gəlmədiyi üçün Beynəlxalq Olimpiya Komitəsi (IOC) onun yarışa qatılmasını qadağan edib.

Xəbər xətti