Messi həmyerlisinin satılmasını istəyir

12:46 - 23 Oktyabr 2021 - İDMAN

PSJ-nin hücumçusu Lionel Messi komandadakı həmyerlisi Mauro İkardi ilə eyni komandada oynamaq istəmir.

Argentinalı superulduz forvardın satılmasını istəyir.

İkardi ilə arasında fikir ayrılıqları yaranan 34 yaşlı oyunçu rəhbərliyə bununla bağlı öz təklifini də edib. O, 28 yaşlı oyunçunun “Barselona”ya təklif olunmasını, əvəzində digər həmyerlisi Serxio Aqueronun gətirilməsinin tərəfdarıdır.

Qeyd edək ki, Mauro İkardi cari mövsüm 11 oyunda 3 qol vurubsa, Aquero “Barselona”nın heyətində oktyabrın 17-də “Valensiya” ilə görüşdə debüt edib.///Apasport.az

 

Xəbər xətti