Azərbaycan millisi bu gün DÇ-2022-də növbəti oyununa çıxacaq

08:30 - 12 Oktyabr 2021 - İDMAN

Futbol üzrə Azərbaycan millisi 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.

Azərbaycan millisi Serbiya yığmasının qonağı olacaq. Oyun Belqraddakı "Rayko Mitiç" stadionunda keçiriləcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Matçı Belçikadan olan FIFA referisi Erik Lambrexts idarə edəcək.

Xəbər xətti