Bakıda aparıcı marşrut xətlərinə sahib olan şirkət məhkəməyə verildi

23:56 - 11 Oktyabr 2021 - Xəbər

Azərbaycanda avtobus və yük avtomobillərinin satışını həyata keçirən “Grand Motors” MMC paytaxt Bakıda fəaliyyət göstərən aparıcı daşıyıcı şirkətlərdən olan “Xaliq Faiqoğlu” MMC-yə  qarşı məhkəmə iddiası qaldırıb.

“Grand Motors” MMC–nin  “Xaliq Faiqoğlu” MMC-yə qarşı qaldırdığı iddia ilə bağlı məhkəmə iclası bu gün - 11.10.2021-ci il tarixində Bakı Apellyasiya Məhkəməsində hakim Vidadi Mahmudovun sədrliyi ilə keçiriləcək.

Onu da bildirək ki, hazırda “Xaliq Faiqoğlu” MMC-nin dövlət büdcəsinə də böyük həcmdə - 296 min 838 manat 2 qəpik vergi borcu var.

Xəbər xətti