Avropa Liqasının rəsmi tvitter səhifəsi “Legiya”nın azərbaycanlı hücumçusu Mahir Emrelinin “Lester”nin qapısına vurduğu qolun videosu paylaşılıb.
Polşa təmsilçisinin tvitter səhifəsi də bu paylaşıma biganə qalmayıb.
Polşa klubunun mətbuat xidməti UEFA-nın paylaşımına “Onu MaHEROvski deyə çağırın” sözləri yazılmış tvitlə cavab verib.
Qeyd edək ki, “MaHEROvski” sözündə yer alan “Hero” ingilis dilindən “qəhrəman” kimi tərcümə olunur.///qafqazinfo