Azərbaycan millisinin oyunu koronavirusa görə təxirə salınıb

12:18 - 6 Oktyabr 2021 - İDMAN

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin oyunları təxirə salınıb.

Buna səbəb yığmamızın 3 futbolçusunun koronavirusa yoluxması olub.

Avropa çempionatının seçmə mərhələsində çıxış etmək üçün Belçikada səfərdə olan U-17-nin heyətində Həmzəalı Mikayılov (“Sabah”), Adəm Topalov (“Səbail”) və İbrahim Ağayarovun (“Qarabağ”) COVID-19 testi pozitiv nəticələnib ki, Belçikanın daxili qanunlarına əsasən komandamızın digər üzvlərindən daha bir dəfə test götürüləcək.

Təqvimə əsasən bu gün keçirilməsi nəzərdə tutulan Azərbaycan - Norveç oyunu qeyri-müəyyən müddətə təxirə salınıb.///Apasport.az

 

Xəbər xətti