AFFA rəsmisi Avropa çempionatının seçmə oyunlarına təyinat alıb

10:54 - 4 Oktyabr 2021 - İDMAN

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva 17 yaşadək qadınlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin qrup oyunlarına təyinat alıb.

Ucnoqta.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, O, A Liqasının VI qrupunun oktyabrın 6-dan 12-dək Yunanıstanda keçiriləcək oyunlarda UEFA nümayəndəsi olacaq.

Bu qrupda İsveçrə, Danimarka, Yunanıstan və Avstriya milli komandaları mübarizə aparacaq.

Xəbər xətti