“Barselona” prezidenti Kumanın klubda qalacağını açıqladı

11:06 - 3 Oktyabr 2021 - İDMAN

“Barselona” prezidenti Xuan Laporta Ronald Kumanın komandanın sükanı arxasında qalacağını açıqlayıb.

Laporta Kumanın klub üçün çox çətin bir dövrdə baş məşqçilik etdiyini bildirib. Onun sözlərinə görə, baş məşqçi öz komandasına inanır.
“Kuman məşqçi olaraq qalacaq, onun müqaviləsi var. Ümid edirik ki, qələbələr və yaxşı oyundan zövq alacağıq. Bunun üçün əlindən gələni edəcəyinə inanırıq”.///oxu.az

Xəbər xətti