Böyük Britaniyanın nüfuzlu “The Sun” nəşri ötən gün Avropa Liqası turnirində “Legiya” klubunun “Lester Siti” üzərində qazandığı qələbənin səbəbkarı olan millimizin hücumçusu Mahir Emrelini fotosunu qəzetin manşetinə çıxarıb.
Xəbərdə Polşa “Legiya”sının İngiltərə klubu üzərində qazandığı nəticənin həkk olunduğu köynəyi satışa çıxarmasından bəhs olunur.
Nəşr “Legiya”nın rəsmi hesabında Mahirin şəkli ilə paylaşılan “Belə oyunlar əsla unudulmaz” qeydini də xatırladıb.
Bildirilib ki, azarkeşlər köynəkləri onlayn əldə etməklə, o anları əbədi xatırlayacaqlar.///oxu.az