UEFA Konfrans Liqasında qrup mərhələsinin II tur oyunlarından sonra həftənin ən yaxşı qolu müəyyənləşib.
Azarkeşlər arasındakı səsvermə nəticəsində "Qarabağ"ın futbolçusu Kadi Borgesin Kiprdə "Omoniya"ya vurduğu ilk qol ən yaxşı seçilib. Həmin qol 52-ci dəqiqəyə təsadüf edib.
Braziliyalı yarımmüdafiəçi 90+4-cü dəqiqədə də fərqlənərək, dubl müəllifi olub.
Qeyd edək ki, "Qarabağ" rəqibini 4:1 hesabı ilə məğlub edib.///report