Ronaldu "Mançester Yunayted"in baş məşqçisi olmaq istəyir

19:28 - 27 Sentyabr 2021 - İDMAN

Portuqaliya millisinin və İngiltərənin "Mançester Yunayted" komandasının futbolçusu Kriştianu Ronaldu peşəkar karyerasını başa vurduqdan sonra məşqçiliyə başlamağı planlaşdırır.

"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı hücumçu gələcəkdə "qırmızı şeytanlar"ın gənclər komandasına başçılıq etmək istəyir.

Bu, təcrübəli forvarda Mançester akademiyasında yenicə məşqlərə başlayan oğlunun inkişafını izləmək imkanı verəcək.

Qeyd edək ki, Kriştianu Ronaldu cari mövsümdə "Mançester Yunayted"də meydana çıxdığı 3 oyunda 3 qol vurub.

Xəbər xətti