"Yuventus"un əsas hücumçuları "Çelsi" ilə oyunu buraxacaq

17:19 - 27 Sentyabr 2021 - İDMAN

İtaliya "Yuventus"unun iki əsas futbolçusu İngiltərənin "Çelsi" komandasına qarşı Çempionlar Liqasının qrup mərhələsinin II tur oyununda iştirak etməyəcək.

"Report" Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, hücumçular - Paulo Dibala və Alvaro Morata zədə səbəbindən matçı buraxacaq.

Hər iki oyunçu "Sampdoriya"nı 3:2 hesabı ilə məğlub etdikləri A Seriyasının VI tur qarşılaşmasında sıradan çıxıb. Onlar oktyabrda milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən sonra sıraya dönəcəklər.

Qeyd edək ki, sentyabrın 29-da oynanılacaq "Yuventus" - "Çelsi" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbər xətti