Türkiyədə zəlzələ oldu

21:10 - 21 Sentyabr 2021 - DÜNYA

Türkiyənin Tokat şəhərinin Niksar rayonunda 4,3 bal gücündə zəlzələ baş verib. "Report" xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Rixter şkalası ilə 4,3 balla qiymətləndirilən yeraltı təkanın ocağı yerin 14,34 kilometr dərinliyində yerləşib. Fəsadlar barədə məlumat yoxdur.

Xəbər xətti