Fransanın məşhur "Le Parisien" nəşri PSJ-nin ulduz futbolçusu Lionel Messini Liqa 1-in VI turunda "Lion"la oyundakı çıxışına görə tənqid edib.
Nəşr 34 yaşlı hücumçunun meydanda gəzişdiyini yazıb.
Yazıda həmçinin argentinalı oyunçunun Parisdə çox qalmasının gözləniləndən daha çətin olacağı da vurğulanıb: "Messi saralıb-solur. Başını aşağı endirib meydanda gəzir. Artıq oyuna təsir edə bilmir".
Qeyd edək ki, görüş PSJ-nin qələbəsi ilə yekunlaşıb - 2:1. Start heyətində yer alan Lionel Messi 76-cı dəqiqədə əvəzlənib. Əvəzlənməsindən narazı qalan forvard baş məşqçi Maurisio Poçettinonun əlini sıxmaqdan imtina edib.///report