“WhatsApp”a yeni funksiya gəlir

“WhatsApp” mağazaların və xidmətlərin tapılması funksiyasını test edir.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu messencerin icraçı direktoru Uill Ketkart deyib.

“Yaxınlıqdakı müəssisələr” adı verilən funksiya “Android” smartfonlarının istifadəçiləri üçün əlçatandır. Hazırda testləşdirmə yalnız Braziliyanın San-Paulu şəhərini əhatə edir. Lakin yaxın gələcəkdə tətbiqdə mağazaların axtarışı dünyanın digər ölkələrində də mümkün olacaq.

Messenger əmin edir ki, yeni funksiya tam məxfiliyi nəzərdə tutur. Belə ki, tətbiq istifadəçilərin yerini və ya funksiya vasitəsilə baxdığı şirkətlər haqqında şəxsi məlumatları izləməyəcək.

Tarix
16 Sentyabr 2021 [20:55]
Müəllif
Üç nöqtə
2021-09-16 20:55:00
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin