“Report” xəbər verir ki, bu barədə İspaniyanın “Mundo Deportivo” nəşri “La Porteria”ya istinadən məlumat yayıb.
Məlumata görə, klubun baş direktoru Ferran Reverter futbolçu ilə danışıqlar aparıb və ona klubda qalmaqla bağlı yeni təklif irəli sürüb. Danışıqların digər təfərrüatları açıqlanmır. Avqustun 5-də "Barselona" Messi ilə razılaşmanı uzatmayacağını elan edib. Bu İspaniya La Liqasının reqlamentininin maliyyə və struktur maneələri ilə bağlıdır. Bildirilir ki, argentinalı Fransanın "Pari Sen-Jermen” klubuna" keçidə yaxındır.